hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.8876
  • NEFT - 58.73
  • clouds-weather

Rusiyadan etiraf: Radiasiya səviyyəsi artıb 

Rusiyadan etiraf: Radiasiya səviyyəsi artıb 

Rusiyanın meteoroloji agentliyi “Rosgidromet”  keçən həftə raket sınağından sonra meydana gələn radiasiyanın səviyyəsini açıqlayıb.

Cebhe.info xəbər verir ki, ölkənin meteoroloji agentliyi çərşənbə axşamı Rusiyada dənizdə raket mühərrikinin testi zamanı baş verən qəzadan sonra Severodvinsk şəhərində radiasiya səviyyəsinin 16 dəfəyə qədər yüksəldiyini bildirib.

Qeyd edək ki, ötən həftə Rusiyanın Arxangelsk vilayətindəki Severodvinsk şəhərində hərbiçilərlə birlikdə baş verən partlayışda 5 nəfər ölüb. Partlayışın raket mühərrikinin sınağı zamanı baş verdiyi bildirilib.

Rusiya Müdafiə Nazirliyi qəzadan sonra radiasiya nisbətinin normal qaldığını, lakin Severodvinsk şəhər rəsmiləri səviyyədə bir qədər artım olduğunu söyləmişdi. Məlumat üçün bildirək ki, ətraf mühiti qorumaq və sülhü təşviq etmək üçün fəaliyyət göstərən müstəqil qlobal bir təşkilat olan “Greenpeace” isə, radiasiya səviyyəsinin 20 qat artdığını bəyan etmişdi. 
Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1024