hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Rusiyadan “oğru köçü” başlayıb: “Kriminal generallar”ı pərən-pərən salan SƏBƏB

Rusiyadan “oğru köçü” başlayıb: “Kriminal generallar”ı pərən-pərən salan SƏBƏB

“Kürd Şakro”nun həbsindən sonra Rusiya kriminal aləmində N1 olmağa qət edən Şişkanın  (Oleq Şişkanov) da həbsı “kriminal generalları” pərən-pərən salıb. Şişkan "ümumittifaq obşakı"na cavabdeh şəxs kimi tanınıb və həbsi gözlənilməz olub.

Cebhe.info xəbər verir ki, bu olay Rusiyadan “oğru köçü”nü sürətləndirib. Köçün ilk mərhələsi Şişkanın həbsinə qədər olan dövrü əhatə edib. Oleq Piroqov, Ramaz Kutaisski Türkiyəyə gedib. Georgi Kalaşyan İsrailə yollanıb. Ruslan Qeqeçkori Kiprə köçüb. Bir neçə “kriminal general” Bolqarıstanda yaşayır.

Şişkanın həbsindən sonra köçün ikinci mərhələsi başlayıb. Aleksey Petrov, Mixail Voevodin, Sergey Aksenov demək olar ki, Rusiyaya getmir. Onlar əsasən Avropada yaşayırlar. Vasya Voskres də  özünü artıq Rusiyada güvəndə hiss etmir.

Azərbaycanlı "qanuni oğru", “Lotu Quli” ləqəbli Nadir Səlifov isə əvvəlcə Türkiyəyə, oradan isə ərəb ölkələrindən birinə gedib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3587