hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Rusiyalı muzdlular Afrikada silsilə cinayətlər törədib: Təcavüz, işgəncə, qətl - HESABAT

Rusiyalı muzdlular Afrikada silsilə cinayətlər törədib: Təcavüz, işgəncə, qətl - HESABAT

Rusiyalı muzdlular Mərkəzi Afrika Respublikasında silsilə qətllər törədiblər.

Cebhe.info xəbər verir ki, bu barədə Fransanın "RFİ" nəşri yazıb.

Söhbət 3 qruplaşmadan gedir ki, onlar hökumət ordusu tərəfində döyüşüblər. Bu siyahıya "Vaqner" də daxildir. Qruplaşma üzvləri insanları öldürüb, qarət edib, dinc sakinlərə işğəncə verib, həmçinın qrup şəklində qadınları zorlayıblar.

Yanvar ayında yük maşınının sürücüsü güllələnib, nəticədə 3 nəfər ölüb. Fevralda məsciddə dinc sakinlər qətlə yetirilib.

24 yaşlı qız kütləvi zorlanmaya məruz qalıb. Bütün bunlar barədə BMT-nin işçi qrupu məlumat yayıb. Ümumilikdə yanvar-aprel ayları ərzində silahlılar 26 nəfəri məhkəmədənkənar edam edib və 5 nəfəri qrup şəklində zorlayıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyi hesabatı "sübutsuz spekulyasiya" adlandırıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 738