hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Rusiyalı səfir:"Rusiya ilə Ermənistan barrikadanın eyni tərəfindədir"

Rusiyalı səfir:"Rusiya ilə Ermənistan barrikadanın eyni tərəfindədir"

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvanda "Toxmax" mərkəzi qəbiristanlığında Böyük Vətən müharibəsi zamanı dəfn edilən 520 sovet döyüşçüsünün məzarını ziyarət edib və məzarlara gül-çiçək düzüb.

Cebhe.info xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Məlumata görə, jurnalistlərin suallarını cavablandıran səfir bildirib ki, Böyük Vətən müharibəsində böyük qələbə qazanılmasaydı, dünya başqa cür olacaqdı: "Bu, bizim ümumi qələbəmizdir, tariximizin parlaq qələbəsidir",-deyə Kopırkin vurğulayıb. "Mən hamınıza aydın səma arzulayıram. Təəssüf ki, bu gün 9 May Qələbə Gününə keçmiş SSRİ dövlətlərinin bəzilərində birmənalı münasibət yoxdur. Amma sevinirəm ki, Rusiya ilə Ermənistan bu barrikadada eyni tərəfdədir",-deyə rusiyalı diplomat qeyd edib.

Xatırladaq ki, mərkəzi qəbiristanlığı səfirlə birlikdə başda Müdafiə naziri Vaqarşak Arutyunyan olmaqla Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri də ziyarət ediblər.

Sevinc Tapdıqqızı

Cebhe.info


Oxunma sayı: 947