hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Rusiyalı senator Boltonun gedişi haqda

Rusiyalı senator Boltonun gedişi haqda

Boltonun istefasından sonra onun qarşı çıxdığı BMT Baş Assambleyası çərçivəsində Tramp-Ruhani görüşü ehtimalı daha realdır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

“Hər hansı bir şərt olmadan bu cür görüş ehtimalının varlığını ABŞ tərəfdən Dövlət katibi Pompeo təsdiqləyib. Boltonun gedişi diplomatiyanın ziyanından çox, xeyrinədir”, - Puşkov bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dünən Con Boltonu milli təhlükəsizlik üzrə müşavir vəzifəsindən azad edib. Dövlət başçısı bunu "ABŞ administrasiyasındakı bir çoxları kimi, onun bəzi təklifləri ilə qətiyyən razı olmaması” ilə izah edib.

Cebhe.info


Oxunma sayı: 408