hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Rusiyanın bu bölgəsində karantin uzadıldı

Rusiyanın bu bölgəsində karantin uzadıldı

Rusiyanın Perm vilayətində karantin rejimi iyulun 14-dək uzadılıb.

Cebhe. info xəbər verir ki, bu barədə bölgə hökumətinin saytında məlumat verilib. Qeyd olunub ki, məhdudiyyətlər fitnes, idman klub və mərkəzləri, üzgüçülük hovuzları, ticarət mərkəzlərinin fəaliyyətinə aiddir.

Eyni zamanda 65 yaşdan yuxarı və ya xroniki xəstəlikləri olan vətəndaşlara məhdudiyyətlər tamamilə ləğv olunana qədər ciddi təcridetmə rejiminə riayət etmək tövsiyə olunur. Həmçinin muzey və açıq havada 5 nəfərdən artıq şəxsin toplaşması yasaqlanıb. Son məlumatlara görə, bölgədə 3,691 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 2584 nəfəri sağalıb.
Alçina Amilqızı
Cebhe. info


Oxunma sayı: 991