hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Rusiyanın dövlət borcuna da sanksiya gəlir

Rusiyanın dövlət borcuna da sanksiya gəlir

ABŞ Nümayəndələr Palatası Rusiyanın suveren borcuna qarşı sanksiya tətbiqi təşəbbüsünü dəstəkləyib.

Cebhe.info xəbər verir ki, dinləmələr "C-Span" telekanalı ilə yayımlanıb.

Demokratlardan olan nümayəndə Bredli Şerman bildirib ki, söhbət Amerika vətəndaşlarının Rusiya dövlət borcu ilə hansısa əməliyyat edə bilməyəcəyindən gedir: "Əgər ABŞ administrasiyası qərara gəlsə ki, Rusiya seçkiyə müdaxilə etməyib, bu zaman sanksiyaların götürülmə mexanizmi müzakirə oluna bilər".

Hələlik bu təşəbbüsün də daxil olduğu müdafiə büdcəsi təsdiqlənməyib. Sənədi Nümayəndələr Palatası və Senat təsdiqləməli, bundan sonra imzalanmaq üçün Donald Trampa təqdim edilməlidir.

Bu ilin martında xüsusi prokuror Robert Müller seçkiyə Rusiya müdaxiləsini araşdırdığı hesabatı Konqresə təqdim edib. İstintaq müəyyən edib ki, rusiyalı biznesmen Yevgeni Priqojinə məxsus olan "İnternet araşdırma" agentliyi amerikalılar arasında etiraz əhvali-ruhiyyəsi yayıb. Rusiyalı hakerlər demokratların lideri Hillari Klintona məxsus bir neçə elektron poçt adresini sındırıblar. Daha sonra Vaşinqtonun Federal Məhkəməsi “troll fabriki”nin Kremllə əlaqəsinin sübut edilmədiyinə dair qərar çıxarıb.

Xəzər

Cebhe.info


Oxunma sayı: 4214