t Rusiyanın enerji gəlirləri azalıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Rusiyanın enerji gəlirləri azalıb

Rusiyanın enerji gəlirləri azalıb

Rusiya 2019-cu ilin 11 ayında neft ixracından 111,6 milyard dollar, təbii qaz ixracından isə 37.7 milyard dollar gəlir əldə edib. 

Cebhe.info Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, ölkənin neft ixracat gəlirləri 2019-cu ilin 11 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.8 faiz azalaraq 111.6 milyard dollara enib. 

Bu dövrdə təbii qaz ixracından əldə edilən gəlir 15,4 faiz azalaraq 37,7 milyard dollar olub. Sözügedən dövrdə təbii qaz ixracının həcmi 1,6 faiz azalaraq 199 milyard kubmetrə düşərkən, neft ixracının həcmi isə 3.8 faiz artaraq 245.9 milyon tona çatıb. İxrac həcminin artmasına baxmayaraq, beynəlxalq bazarda neftin ucuzlaşması gəlirlərin azalmasında müəyyənedici amil olub. Eyni dövrdə Rusiyanın mayeləşdirilmiş təbii qaz ixracatı gəlirləri isə 7,6 milyard dollara yüksəlib. 2018-ci ildə Rusiya neft ixracatından ümumilikdə 129 milyard dollar, təbii qaz ixracatından isə 49.1 milyard dollarlıq qazanc əldə edib. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1552