hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiyanın Gürcüstan planı: “Kreml seçkilərə müdaxiləyə hazırlaşır”

Rusiyanın Gürcüstan planı: “Kreml seçkilərə müdaxiləyə hazırlaşır”

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “RTV” telekanalına müsahibəsində deyib ki, Rusiya və Gürcüstan arasında əlaqələr qaydaya düşəcək.

Onun sözlərinə görə, Tbilisidə artıq Moskva ilə qarşılıqlı əlaqələrin bərpasını dəstəkləyən siyasətçilər meydana gəlməkdədir.

“İnanıram ki, Gürcüstanla münasibətlər bərpa olunacaq, düzələcək. Biz bunu dəstəkləyən gürcü siyasətçilərin meydana çıxmasını görürük”,- deyə Lavrov əlavə edib.

Maraqlıdır, Rusiyanı Gürcüstana qarşı siyasi kursunu dəyişməyə nə məcbur edir?

Politoloq Qabil Hüseynli Cebhe.info- ya açıqlamasında deyib ki, Lavrovun çıxışı Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsini göstərir:

“Bu, onu göstərir ki, yaxında Gürcüstanda keçirilən seçkilərlə bağlı Rusiyanın planı var. Rusiya yəqin ki, seçkilərə müdaxilə edəcək. Rusiya əlindən gələni etməklə İvanişvili hakimiyyətinə dəstək verəcək. Bu da o deməkdir ki, Saakaşvilinin ölkəyə gəlişi üçün əngəllərin sayı daha da artacaq və normal seçki mühiti olmayacaq. Ölkədə seçkilərin saxtalaşdırılması üçünsə lazım olan hər şey ediləcək. Əgər bu dəfə də mövcüd rəhbərlik hakimiyyətdə qalacaqsa, o zaman Rusiya ilə vəziyyəti yaxşılaşdırmağa çalışacaqlar. Baxmayaraq ki, Rusiya işğalçıdır və Gürcüstanın ərazilərini işğal edib. Yenə də münasibətləri yaxşılaşdırmağa çalışacaqlar. Amma bunun baş tutacağını söyləmək çətindir. Çünki gürcü xalqı qürürlu xalqdır. Onlar Rusiyanı işğalçı kimi qəbul edirlər. Ona görə də Rusiya ilə əməkdaşlığa gedən hər hansı bir şəxsin hakimiyyətdə qalmasına imkan verməyəcəklər. Lavrov çıxışı ilə mesaj verir. İdeyalı və əqidəli seçici Lavrovun bu çıxışından sonra mövqelərini daha da möhkəmləndirəcək və müxalifət tərəfdarlarına səs verəcək. Amma seçki məntəqələrinə müdaxilə məsələlərini ciddi nəzarət altına almaq lazımdır. Müxalifət bunu bacarsa və seçki məntəqələrinə tam nəzarət edə bilsə, seçkiləri qazanacaq”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3367

Bizim Telegram səhifəmizi izləyin