hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

Rusiyanın “Taliban” narahatlığı: Türkiyə və Pakistan birgə addımlayır

Rusiyanın “Taliban” narahatlığı: Türkiyə və Pakistan birgə addımlayır

Brüsseldə NATO-nun 30 üzv ölkəsinin liderlərinin görüşü keçirilib.

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə görüşüb. Görüş 45 dəqiqə davam edib.

Ərdoğan C.Baydenə Əfqanıstan problemini Pakistan və Macarıstan ilə birlikdə, həm də Taliban ilə qarşılıqlı əlaqədə həll edə biləcəyini deyib.

Şübhəsiz ki, bu açıqlama Kremli bir xeyli əndişələndirmiş olacaq. Bununla yanaşı, Türkiyə lideri Baydenə Türkiyənin öz qiymətini yaxşı bildiyini anladan mesajlar verib:

"Hamı bilir ki, Atlantik məkanının təhlükəsizliyi bizdən asılıdır".

Bu, o deməkdir ki, Türkiyə ABŞ-a “şərqdəki gücünüz bizik”, Avropaya “sizi biz qoruyuruq”, NATO-ya “əsas gücünüz bizik” mesajını ötürmüş oldu.

Cebhe.info-ya açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədlinin sözlərinə görə, Türkiyə regionda yoluna yeni müttəfiqlərilə davam etmək istəyir:

“Ümumiyyətlə, Türkiyənin hazırda Yaxın və Uzaq Şərq, eləcə də Avropa siyasətində təşkilatdaxili müttəfiqlərinə deyil, ikitərəfli müttəfiqlərə üstünlük verir. Avropada bu gün Türkiyənin əsas müttəfiqlərindən biri Macarıstandır. Macarıstan türkdilli ölkələrə inteqrasiya etməkdə olan əsas ölkələrdən biridir. Türkiyənin isə Avropada bir nömrəli müttəfiqinə çevrilib. Pakistan isə Türkiyənin Asiyada ən sıx hərbi texniki və siyasi, həmçinin silahlı qüvvələr səviyyəsində əməkdaşlıq etdiyi ölkədir. Pakistanın Silahlı Qüvvələri ilə Türkiyənin Silahlı Qüvvələri arasında çox sıx əməkdaşlıq mövcüddür. Bir başqa tərəfdən isə Pakistanın Əfqanıstanda çox ciddi maraqları var. Məhz bu nöqteyi-nəzərdən bu gün Əfqanıstan məsələsində Türkiyənin Pakistanla birlikdə fəaliyyət göstərməsi, xidmət aparmaq niyyətini açıq şəkildə bildirməsinin kökündə bunlar durur”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 826