hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Rusiyanın milyardları hansı ölkənin büdcəsindədir? - MƏXFİ İNFORMASİYA

Rusiyanın milyardları hansı ölkənin büdcəsindədir? - MƏXFİ İNFORMASİYA

2019-cu ilin son 5 ayında Rusiya büdcəsindən xarici ölkələrə 79 milyard rubl kredit verilib.

Cebhe.info xəbər verir ki, bu barədə Dövlət Xəzinədarlığı məlumat yayıb.

Ancaq məlumatlarda kreditlərin hansı ölkələrə və hansı məqsədlə verildiyi açıqlanmır.

Maliyyə nazirinin müavini Sergey Storçak məlumatı şərh etməkdən imtina edib. Bildirib ki, bu, məxfi informasiyadır. Hesablama Palatası da mətbuatın bu mövzudakı sualını cavabsız qoyub.

Analitiklərin fikrincə, Rusiya uzaq xaricdən 1 və 2 ölkə üçün kreditor olub. MDB məkanı ölkələri üçün isə zaman-zaman belə informasiyalar yayılıb.

Bu ilin aprelində Venesuela Rusiyaya olan borcunun bir hissəsini ödədiyini bildirib. Bu ölkəyə kredit 2011-ci ildə verilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3708