hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Rusiyanın Qarabağ təxribatı: Xankəndidə hərbi parada hazırlıq gedir - VİDEO

Rusiyanın Qarabağ təxribatı: Xankəndidə hərbi parada hazırlıq gedir - VİDEO

"Rusiya sülhməramlı qüvvələrinin 9 mayda Xankəndidə separatçıların silahlı birləşmələri ilə birgə paradı Azərbaycana qarşı Kreml rəhbərliyinin təzyiq mexanizmidir".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, bu, Rusiyanın ölkəmizi öz layihələrinə cəlb etmək istəyi və konkret olaraq hərbi bazasını yaratması istiqamətində atdığı addımdır:

"Silahlı erməni birləşmələri 10 noyabr Bəyannaməsinə uyğun olaraq çıxarılmalı idi. Rusiya tərəfi silahlı erməni birləşmələrinin çıxarılması prosesinə mane olur. Həmçinin Rusiya daha da irəli gedərək qanunsuz silahlı erməni birləşmələri ilə birgə parada hazırlaşır. Bu, ölkəmizin suverenliyinə Rusiya tərəfindən təhdiddir. Rəsmi Bakı bununla bağlı Rusiyadan izahat tələb etməli və sülhməramlı qüvvələrinin fəaliyyətinə son verilməsini tələb etməlidir.

Milli Cəbhə Partiyası olaraq Rusiya sülhməramlı qüvvələrinin Xankəndidə separtçılarla birgə parad kecirməsini ölkəmizə qarşı təhdid hesab edirik. Belə fəaliyyətə son verilməsə, rəsmi Bakı hərəkətə keçməlidir".

Cebhe.info


Oxunma sayı: 958