hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0547
  • NEFT - 63.84
  • clouds-weather

Rusiyanın Qarabağda əzələ nümayişi: Sülhməramlılar Xankəndidə təlim keçir

Rusiyanın Qarabağda əzələ nümayişi: Sülhməramlılar Xankəndidə təlim keçir

Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları müntəzəm döyüş hazırlığı təlimlərinə başlayıb.

Cebhe.info-nun məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamada belə deyilir.

Rusiyalı hərbçilər təlim tapşırıqlarını Xankəndi poliqonunda yerinə yetiriblər.

Atəş təlimləri zamanı hərbçilər avtomatlardan, pulemyotlardan, snayper tüfənglərindən və antitank silahlarından istifadə etməklə müxtəlif növ hədəflərə atəş açıblar.

Rus sülhməramlılarının müşahidə məntəqələrindəki gecə-gündüz növbətçiliyinə baxmayaraq, hərbi kontingentin komandanlığı döyüş hazırlıqlarının əsas növləri, o cümlədən taktiki, taktiki-xüsusi, atəş, habelə döyüş maşınları və digər xüsusi avtomobil texnikalarını idarə etmək tapşırığını planlaşdırıb.

Ümumilikdə 200-ə yaxın rus hərbi qulluqçısı döyüş hazırlığına cəlb olunub.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2245