hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Rusiyanın Xabarovsk vilayətində yenidən etiraz aksiyası keçirilir

Rusiyanın Xabarovsk vilayətində yenidən etiraz aksiyası keçirilir

Rusiyanın Xabarovsk şəhərində diyarın meri Furqalın həbsilə əlaqədar etiraz aksiyaları davam etməkdədir.

Bu gün də Xabarovskda Lenin meydanında sanksiyalaşdırılmamış aksiyada 200-dək insan iştirak edib.

Cebhe.info xəbər verir ki, bu barədə Xabarovsk meriyasının mətbuat katibi məlumat yayıb.

Məlumata görə, mitinqə toplaşanlar tibbi maska rejimində və distansiya saxlayaraq polis nəzarəti altında olublar.

Bildirilir ki, 13-20 noyabr tarixlərində şəhərdə ictimai asayişi pozan etirazçılar barəsində 23 cinayət işi açılıb.

Qeyd edək ki, Xabarovsk diyarının meri Sergey Furqal bu il iyulun 9-da Rusiya hüquq-mühafizə orqanları işçiləri tərəfindən həbs edilib. Furqalın həbsi 2004-2005-ci illərdə bir sahibkarın və iki biznesmenin qətlinin təşkilatçısı olması haqqında versiyaya əsaslanıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 859

Bizim Telegram səhifəmizi izləyin