hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Rusiyasayağı sülhməramlı missiya: “Kreml razılaşmaya əməl etmək fikrində deyil”

Rusiyasayağı sülhməramlı missiya: “Kreml razılaşmaya əməl etmək fikrində deyil”

“Yanvarın 11-də Azərbaycan, Ermənistan, Rusiya rəhbərlərinin üçtərəfli Moskva görüşündən iki həftədən çox vaxt keçib. Diqqət yetirsək görərik ki, Moskvada məlum görüşündən sonra Qarabağda Rusiya sülhməramlıların fəaliyyətinin işıqlandırılmaşına senzura tətbiq edilib və demək olar ki, sülhməramlıların nəzarətimizdə olmayan ərazilərimizdə hansı missiya ilə məşğul olması tam gizli şəkildə aparılır”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) üzvü, hüquqşünas Vüqar Dadaşov deyib.

O bildirib ki, bölgədən sülhməramlılarla bağlı hər hansı bir məlumat tam rəsmi xarakterlidir və artıq rus əsgərlərinə də fərdi qayda da məlumat axınını gizlətməyi və yayımlamamaq tapşırığı göz qabağındadır:

“Rusiya sülhməramlıların Qarabağdakı fəaliyyətinin məxfiliyi təbii ki, məlum 11 yanvar Moskva görüşündən sonra tətbiqi onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə rus sülhməramlıların missiyasından kənar fəaliyyətinə narazılığı və kəskin etirazı rusları informasiya məsələsində daha diqqətli olmağa məcbur edib. Sadəcə olaraq, rus sülhməramlıları həmin Moskva görüşündən sonra erməni azərbaycanlı düşmənçiliyin dərinləşməsinə xidmət edən əməllərini Azərbaycan cəmiyyətindən gizlətməyə qərar veriblər. Son dövrlərdə baş vermiş proseslər göstərir ki, Kreml hakimiyyəti heç bir razılaşmaya əməl etmək fikrində deyil və həmin razılaşmaları açıqcasına təhrif edirlər.

Rusiya Xarici İşlər naziri Lavrov Rusiya sülhməramlıların Azərbaycanda Qarabağda fəaliyyətinin konkret parametrlərinin müəyyən olunması dair açıqlamasında bu məsələnin üçtərəfli format çərçivəsində mümkünlüyünü bildirib. Bu nə deməkdir, Azərbaycan ərazisində hər hansı bir ordunun yerləşdirilməsi və fəaliyyəti niyə üçüncü tərəflə - Ermənistanla razlıaşırılmalıdır? Ermənistan Azərbaycan ərazilərində hansı hüquqa malikdir? Bundan əlavə 10 noyabr üçtərəfli Bəyanatın əsas şərtlərinə görə tərəflərdən hər hansı birin istəyi əsasında sülhməramlılar bölgəni tərk etməlidir. Görünən odur ki, ruslar həmin bəyanatın 4-cü bəndini təsirdən salmağa israrlıdırlar".

Vüqar Dadaşov bildirib ki, siyasi nəticəyə və hədəfə hesablanmış rus təxribatlarının biri də Azərbaycan Respublikasının işğaldan azad olunmuş Kəlbəcər rayonunun işğal zamanı "Drmbon" adlandırılmış Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə keçirdiyi etiraz aksiyası idi:

"Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla "Vardenis”ə (Basarkeçər) getməyinə şərait yaradılsın. Aksiyanın mahiyyəti odur ki, ruslar ermənilərin dili ilə Azərbaycan sərhədlərini və suverenliyini tanımadıqlarını bildirirlər. Təbii ki, rusların razılığı olmadan bu aksiyaların təşkili və keçirilməsi mümkünsüzdür. Həmin aksiyaçılar qarşısına çıxan rus zabitinin “Artsax” kəlməsi, həmin o aksiyada kimin nə məqsədini, hansı hədəfini göstərmiş oldu.

11 yanvar Moskva razılaşmasından sonra, “Dağlıq Qarabağın Azərbaycan daxilində statusu mümkün deyil və qəbuledilməzdir. Bunu Qarabağ Prezidenti Araik Arutyunyan çərşənbə axşamı Karen Sarkisyanın Daxili İşlər Nazirliyinin personalına təqdimatı zamanı deyib”. Xəbərini bu gün “Sputnik” xəbər portalı yayımlayıb. İnformasiyanın mahiyyəti onu göstərir ki, ruslar artıq Ermənistanla deyil, özlərinin yaratmış olduğu separatçı rejimlə Azərbaycanda daimi mövcudluğunu təmin etmək fikrindədir. Bəllidir ki, beynəlxalq axtarışda olan Araik Ermənistanın və bütün dünya ermənilərinin məğlubiyyətindən sonra belə ürəkli, qorxmaz açıqlama ilə çıxış etməsi ruslara arxayınlığına bağlıdır. Rusların Ermənistanla deyil separatçı rejimlə iş birliyinə üstünlük verməsi rusların “B” planıdır, daha doğrusu, Ermənistan haçansa, Rusiya təsirindən çıxmış olsa da, Qarabağ separatçılarının vasitəsi ilə bölgədə mövcudluğunu təmin etmiş olsunlar. Əlavə olaraq bu vəziyyət bir daha onu göstərir ki, ruslar ümumiyyətlə, Ermənistanın rus təsirində qalacağına, qərbə və ya Türkiyəyə inteqrasiya etməyəcəyinə əmin deyillər.

Diqqətimizdən yayınan bir məqam da odur ki, hələ nəzarətimizdə olmayan ərazilərimizə hava müşahidəsinin ruslar tərəfindən “qadağan” edilməsi, rusların Azərbaycana qarşı yeni növ məkrli planının rahatlıqla başa çatdırılmasına hesablanıb. Əminliklə demək olar ki, rusların sürprizləri hələ qabaqdadır, onlar Qarabağ konfliktini dirçəldəcək və bu konfliktin tarixə qovuşmasına mane ola biləcək ən məkrli planlardan belə istifadə edəcəklər.

Vəziyyət təcilli olaraq onu tələb edir ki, Azərbaycan dövlət sərhədlərini tam qapatmalı, laçın koridorunu nəzarətə götürməli, rus sülhməramlılarının statusunu müəyyən etməlidir. Tarixi analiz göstərir ki, ruslarla “müdafiə” siyasəti effektli deyil, ruslar həmişə “hücum” və “güc” siyasətinə loyallıq edibdir.

Prezident İlham Əliyevin ağılı strateji siyasi bacarığı, Azərbaycanın dövlətinin hərbi və iqtisadi potensialı, Türkiyə faktoru, bütünlüklə dünyada və dövlətlərdə baş verən proseslər deməyə əsas verir ki, rusların yeni növ məkrli planlarını da poza biləcək iqtidarındayıq".

Cebhe.info


Oxunma sayı: 2685