hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Rusiyaya işləməyə gedən miqrantlara da təqaüd veriləcək - YENİ QAYDA

Rusiyaya işləməyə gedən miqrantlara da təqaüd veriləcək - YENİ QAYDA

Rusiya Avrasiya İqtisadi Birliyindən bu ölkəyə gedən əmək miqrantlarına da təqaüd ödəyəcək.

Cebhe.info xəbər verir ki, bununla bağlı razılıq hələ mart ayında qəbul edilib. Plana görə, birlik üzvləri bu sənədi ratifikasiya edərək imzalamalıdır. Bundan sonra yeni qaydalar qüvvəyə minəcək.

Sənədə əsasən, miqrant işlədiyi, vergi verdiyi, pensiya fonduna ödəniş etdiyi ölkədə qocalığa görə təqaüd almaq hüququ qazanır. Belə şəxs ölkəsinə qayıtdıqdan və ya başqa ölkəyə getdikdən sonra da pensiya ödənişi davam etdiriləcək. Müxtəlif ölkələrin ərazisində əldə edilən staj nəzərə alınacaq. İndiki qayadalara görə, miqrantlar müəyyən ödənişlər edir, ancaq pensiya almır.

Rusiya tərəfi bildirir ki, əmək miqrantlarının böyük əksəriyyəti Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrdəndir. Birlik 2014-cü ildə yaradılıb. Ona Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan daxildir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2817