hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Rusiyaya qarşı “ikinci cəbhə”: Dünyanın siyasi mərkəzi dəyişir?

Rusiyaya qarşı “ikinci cəbhə”: Dünyanın siyasi mərkəzi dəyişir?

Britaniya hökumətinin insan haqlarını pozan ölkələrə qarşı sanksiya tətbiq etmək qərarı dünyadakı diktatura rejimlərinə təzyiqləri artıra bilər.

Çünki ABŞ-ın siyasi sanksiyalarından yayınmağa çalışan avtoritar hakimiyyətlər üçün Avropa ölkələri, o cümlədən Britaniya ilə iqtisadi əlaqələr bir növ siyasi və iqtisadi "nəfəslik" rolunu oynayırdı. Lakin indi Boris Conson hökumətinin insan haqlarını pozan dövlətlərin rəsmilərinə qarşı hücuma keçməsi bu imkanı aradan qaldırıb.Beynəlxalq ictimiyyətin diqqətinin daha çox koronavirus probleminə yönəldiyi bir vaxtda rəsmi Londonun bu addımı bir növ sensasiya doğurub.Ona görə də analitiklər Britaniya hökumətinin son qərarının səbəblərini müəyyən etməyə çalışır.

Qeyd edək ki, iyulun 6-da Britaniyanın xarici işlər naziri Dominik Raab bütün dünya boyunca insan haqlarını kobud pozan ölkələrə və onların rəsmilərinə ağır sanksiyalar tətbiq etdiyini bəyan edib.İlkin olaraq sanksiyalar Rusiya, Səudiyyə Ərəbistanı, Birma və Şimali Koreyanı hədəfləyəcək.Dominik Raabın elan etdiyi sanksiyalara adı çəkilən ölkələrin rəsmilərinin Britaniyaya səfərlərinin qadağan olunması da daxildir.London “Breksit”dən sonra insan haqlarını pozan şəxslərə və təşkilatlara müstəqil olaraq cəza tədbirləri görəcəyini nümayiş etdirib.Raab parlament qarşısında etdiyi çıxışında deyib ki, Britaniyanın sanskiyaları insanların yaşamaq, azadlıq hüquqlarını pozanlara, habelə işgəncələrdən və quldarlıqdan istifadə edənlərə qarşı yönələcək.

Sanksiyalar təkcə insan haqlarını pozanlara yox, bu pozuntulardan mənfəət əldə edənləri hədəfləyəcək: "Əlləri qana bulaşanlar artıq bu ölkədə vals rəqsi edə, Kinqs Roud küçəsində mülk ala, Naytsbricdə bahalı milad hədiyyələri seçə və ya çirkli pullarını Britaniya banklarında yuya bilməyəcəklər”.

Rusiya rəsmilərindən qara siyahıya salınanların arasında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin də var. Bu arada Britaniya vəkil Sergey Maqnitskinin ölümü ilə əlaqədar 20-dən çox Rusiya rəsmisinə sanksiya tətbiq edib.London Moskvanın sabitsizlik yaradan hərəkətlərini qınayandan iki ölkə arasında münasibətlərdə gərginlik yaşanır.25 nəfər Rusiya rəsminin adı daxil edilmiş siyahıda Aleksandr Bastrıkinin adı yer alır. O, Prezident Vladimir Putinin yaxın adamı sayılır. Siyahıda hakimlərin, prokurorların da adları yer alıb.

ABŞ-dan investor Uilyam Broderin vəkili olmuş Maqnitski 2009-cu ildə Moskvada xəstəxanada vəfat edib. O, Rusiya rəsmilərini 230 milyon dollarlıq vergi fırıldağında ittiham edirdi. Birləşmiş Ştatlar 2012-ci ildə “Maqnitski Aktı”nı qəbul edərək Rusiyanın bir sıra məmurlarına sanksiyalar tətbiq edib. 2016-cı ildən bu qanun digər ölkələrdən olanlara da şamil edilir.

Britaniya isə “Maqnitski Qanunu”nu 2018-cu ildə qəbul edib.Ancaq 2020-ci ildə Avropa Birliyindən rəsmi çıxanadək onun icrasını təxirə salıb.

Britaniyanın sanksiya siyahısına habelə jurnalist Camal Qaşıkçının ölümündə əli olan bir sıra səudiyyəlilər, həmçinin Şimali Koreya rəsmiləri daxildir.Sanksiyalar viza qadağasından, bu şəxslərin aktivlərinin dondurulmasından ibarətdir.

Britaniyanın insan haqlarını pozan rejimlərə qarşı cəza tədbirləri tətbiq etmək qərarı demək olar ki, normal haldır və bu, qeyri-adi görünməyə bilər.Çünki rəsmi London dünyanın aparıcı demokratik dövlətlərindən biri kimi bir qayda olaraq insan haqlarını daima müdafiə edib.ABŞ-ın və Avropa Birliyinin avtoritar rejimlərə qarşı tətbiq etdiyi bir sıra beynəlxalq sanksiyalara Böyük Britaniya da qoşulub.Bu son illər özünü Rusiyaya, İrana, Venesuelaya, Şimali Koreyaya və digər ölkələrə münasibətdə göstərib.Hətta Britaniya bır sıra hallarda qadağalarla bağlı qonşu Fransa və Almaniyadan fərqli olaraq, daha prinsipial mövqe nümayişl etdirib.İranla və Rusiya ilə əlaqələrin davam etdirilməsində maraqlı olan Paris və Berlinlə müqayisədə Britaniya hökuməti ABŞ-la ortaq mövqedən çıxış edib.Lakin son günlər Britaniyanın bu məsələni xüsusi olaraq gündəmə gətirməsi təbii ki, səbəbsiz sayıla bilməz.Britaniyanın xarici siyasətində insan haqlarını əsas prioritet elan etməsi bir sıra ölkələrə təzyiq imkanları ilə yanaşı, təsiredici rolunu artıracaq.Bu isə postkoronavris dövrünə proqnozlaşdırılan yeni dünya düzəninin formalaşmasında Birləşmiş Krallığı daha fəal aktora çevirə bilər.Hətta qeyd edilən qərarı verməklə, rəsmi London insan haqları məsələsində Avropa Birliyindən daha əhəmiyyətli mövqe ortalığa qoyduğunu göstərməyə çalışır.Çünki Britaniyanın Avropa Birliyindən çıxmasından sonra Conson hökuməti ittifaqın insan hüquqlarına dair qəbul etdiyi qərar və qətnamələrinə münasibətinə aydınlıq gətirməlidir.İndi insan haqlarını pozan ölkələrə sanksiya tətbiq etməklə Britaniya hökuməti fərdi maraqlarını üstün tutmayacağını, əksinə əvvəlkindən daha sərt yanaşmanın tərəfdarı olduğunu bildirib.

Xarici işlər naziri Raabın açıqlaması göstərir ki, əsas hədəflərdən biri avtoritar rejimlərin çirkli pulların yuyulması üçün Birləşmiş Krallığın maliyyə-bank sistemindən istifadəsinin qarşısını almaqdır.İnsan haqlarının pozulmasında siyasi zorakılıqda adı çəkilən bir sıra ölkələrin rəsmiləri Britaniyadakı offşor şirkətlər vasitəsilə mənşəyi məlum olmayan pullar yerləşdirib.Korrupsiya yolu ilə əldə edilmiş həmin vəsaitlər hesabına Londonda bahalı mülklər alıb.Britaniya məhkəmə sistemində belə mübahisəli işlərin sayının kifayət qədər çox olması artıq hökumət üçün başağrısına çevrilib. Məsələn, son zamanlar Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevaya və nəvəsi Nurəli Əliyevə məxsus 80 milyon funt sterlinq dəyərində bir malikanə və iki mənzilin çirkli pullar hesabına alınmasına dair Britaniya Milli Cinayətkalığa Qarşı Mübarizə Agentliyi tərəfindən qaldırılmış məhkəmə iddiası beynəlxalq skandala çevrilib. Ona görə də rəsmi London çox güman ki, korrupsiya ilə məşğul olan avtoritar hakimiyyətlərə sanksiya tətbiq etməklə ölkənin imicinə dəymiş ləkəni aradan qaldırmağa çalışır.

Lakin Britaniya mətbuatının yazdığına görə, sanksiyaların əsas hədəfi əslində Rusiyadır. Hətta “The Guardian” qəzeti Dominik Raabın açıqlamasını Britaniyanın Sergey Maqnitskinin 11 il əvvəl baş vermiş ölüm işinə görə Rusiyanı cəzalandırması adlandırması adlandırıb.

“The Spectator” nəşri isə qeyd edir ki, sansiyaya məruz qalmış qalmış 49 hüquqi və fiziki şəxsin 25-nin Rusiyaya aid olmasına diqqət çəkib. Adıçəkilən mənbə Britaniyanın “Maqnitski siyahısı”nı Putinə ən yaralı yerindən endirilən zərbə adlandırıb. Bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyinin Maqnitski cinayətini ört-basdır etməyə çalışmaqda ittiham olunan əməkdaşlarının və Magnitskiyə tibbi yardım göstərməkdən imtina edildiyi ivddia olunan həbsxana həkimləri sanksiyaya məruz qalıb.Britaniya XİN Bastrıkini Maqnitskiyə qarşı pis rəftarı lazımi şəkildə araşdırmamaqda, qəsdən və ehtiyatsız davranışa yol verməkdə ittiham edir.“Finansel Times”ın hələ 2020-ci ilin əvvəlində yaydığı açıqlamalara diqqət yetirdikdə Britaniyanın sanksiya qərarının əslində gözlənilən olduğu aydınlaşır.Hələ yanvar ayının 10-da Dominik Raab insan haqlarını pozan ölkələrə qarşı sanksiyalar məsələsini kanadalı həmkarı Fransua Filip Şampanye ilə müzakirə edib.Adıçəkilən qəzet yazır həmin günlərdə yazırdı ki, embarqolara məruz qalan ilk ölkələr Rusiya, KXDR və Liviya olacaq.Sanksiyaların ilk dalğasının fevral ayının sonu-martın əvvəlində gələcəyi xəbər verilirdi.Lakin görünür, koronavirus probleminin vəziyyəti dəyişməsi qərarın iyul ayına qədər qəbulunu ləngidib.Həmçinin, Conson hökuməti bu planı reallaşdırmaq üçün “Breksit”in həyata keçməsini gözləyib. Çünki Avropa Birliyində Yunanıstan, Kipr, İtaliya kimi ölkələr Rusiyaya sanksiyaların tətbiqinə qarşı çıxırdılar. “Brexit”dən sonra isə bu əngəl aradan qalxıb və rəsmi London müstəqil şəkildə qadağalara dair qərar çıxartmaq imkanı əldə edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 14906