hava haqqindaBakı
Bu gün -6 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0686
  • NEFT - 66.54
  • clouds-weather

Rusiyaya qayıdan müxalifət lideri Navalnı saxlanıldı: Hava limanında

Rusiyaya qayıdan müxalifət lideri Navalnı saxlanıldı: Hava limanında

Rusiya müxalifətinin lideri kimi tanınan Aleksey Navalnı “Şeremetyevo” hava limanının pasport-nəzarət məntəqəsində saxlanılıb.

Cebhe.info xəbər verir ki, Federal Miqrasiya Xidməti məlumatı təsdiq edib. Onun barəsində məhkəmə qərar verəcək. Buna qədər Navalnı nəzarətdə saxlanacaq.

Xatırladaq ki, Navalnı uzun müddətdir Almaniyada müalicə olunurdu. Onun zəhərləndiyi bildirilirdi və bu istiqamətdə araşdırma gedir. Almaniya kanslerinin göndərdiyi təyyarə ilə bu ölkəyə aparılan Navalnı müalicədən sonra orada qalmaq təklifini qəbul etməyib və həyat yoldaşı ilə bərabər geri dönüb.

Onu qarşılamaq üçün aeroporta gedən tərəfdarlarına qarşı polis zorakılığı olub.

Xəzər

Cebhe.info


Oxunma sayı: 1728