hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Rusiyaya tətbiq edilən sanksiyalar daha 6 ay davam edəcək - QƏRAR

Rusiyaya tətbiq edilən sanksiyalar daha 6 ay davam edəcək - QƏRAR

Avropa İttifaqı (Aİ) Rusiyaya tətbiq olunan iqtisadi sanksiyaların müddətini 6 ay da uzatmaq qərarına gəlib.

Cebhe.info xəbər verir ki, AB Şurası, Rusiyanın Ukraynadakı sabitliyi pozması səbəbiylə tətbiq edilən iqtisadi sanksiyaların ömrünü 31 yanvar 2021-ci ilə qədər uzadılmasına qərar verildiyini açıqlayıb. Sanksiyalarla Rusiyanın neft və qaz sektorlarında istifadə olunan bəzi texnologiyaların Aİ ölkələrindən alınması məhdudlaşdırılır. Bundan əlavə, Rusiyanın dövlət bankları Avropadakı maliyyə sektorundan sıxışdırılıb çıxarılır. Xüsusən ticarət və investisiyalara qoyulan məhdudiyyətlərin yer aldığı sanksiyaların ömrü hər 6 aydan bir uzadılır.

Uzadılmış iqtisadi sanksiyalara görə, Aİ-yə üzv 28 dövlət Rusiyaya silah sata bilməz. Qeyd edək ki, 2014-cü ilin martında Rusiya qeyri-qanuni şəkildə Krım Muxtar Respublikasını və Sevastopol şəhərini ilhaq edib. Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki hadisələrdən sonra Aİ, ABŞ və bəzi ölkələr Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə başladılar. Aİ-nin əmlakı dondurma və səyahət qadağasından ibarət əlavə sanksiyalar bir çox rus və separatçı yüksək vəzifəli şəxsləri də əhatə edir.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 661