hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Rüstəm Muradov İrəvana Azərbaycan-Türkiyə nümayəndə heyətini aparıb - BÖYÜK İDDİA

Rüstəm Muradov İrəvana Azərbaycan-Türkiyə nümayəndə heyətini aparıb - BÖYÜK İDDİA

"Azərbaycandan gələn təyyarə boş olmayıb, Rüstəm Muradovla birlikdə Ermənsitana Azərbaycan-Türkiyə nümayəndə heyəti də gəlib. Missiya Mehri dəhlizi ilə bağlı məsələnin müəyyənlışdirilməsidir. Başqa sözlə desək, yeri öyrənməkdir”.

Cebhe.info xəbər verir ki, bu iddia ilə Hraparak.am çıxış edib.

Bildirilib ki, 8 apreldə İrəvanda Azərbaycandan "hərbi əsirlər"in gətirilməsi barədə məlumatlar yayılıb.

“Hətta Baş nazirin birinci müavinin mətbuat katibi Mane Gevorkyan və Tiqran Avinyanın ofisi də bu informasiyanı təkzib etməyib. "Azadlıq" radiostansiyası "Erebuni" aeroportundan canlı yayım verib. "Mənim addımım" blokundan olan deputat Nazeli Baqdasaryan əsirlər məsələsi ilə məşğul olmasıyla öyünüb. Ancaq son anda məlum olub ki, deyilənlər həqiqətəuyğun deyil",-deyə məlumatda bildirilir.

O da qeyd olunur ki, Rüstəm Muradovun Bakıya və oradan da İrəvana getməsinin səbəbi başqadır.

"O ki qaldı Muradovun təyyarəsinə, sual ortaya çıxır. Əgər əsirlər qaytarılmırdısa, o zaman niyə general Bakıya getmişdi? Bizim mənbəmiz bildirir ki, təyyarə heç də boş olmayıb, orada Muradovla birgə Azərbaycan-Türkiyə nümayəndə heyəti də olub. Missiya Mehridən keçən yolun yerini öyrənməyə gəlib.

Beləlikıə, 9 noyabrda imzalanan və Azərbaycana sərf edən bəyanatda Azərbaycana sərfəli olan müddəlar ildirm sürətilə icra olunur. Ermənistana aid olan bəndlər isə yox",-deyə xəbərdə iddia olunur.

Xəzər
Cebhe.info


Oxunma sayı: 5490