hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Rza Diqqəti talan edilən Kəlbəcər Muzeyində: "UNESCO bu xəzinə üçün nə edəcək?" - FOTOLAR

Rza Diqqəti talan edilən Kəlbəcər Muzeyində: "UNESCO bu xəzinə üçün nə edəcək?" - FOTOLAR

Azərbaycan əsilli dünya şöhrətli fotoqraf Rza Diqqəti işğaldan azad edilən Kəlbəcər Muzeyindən fotolar paylaşıb.

Cebhe.info xəbər verir ki, Diqqəti Kəlbəcər Muzeyinin erməni işğalı zamanı yararsız hala salınmasını qeyd edib. O, UNESCO-ya bununla bağlı sual da ünvanlayıb:

"Qarabağən mədəni soyqrımı. Kəlbəcər Muzeyi yüz illər boyunca qiymətli daşları, qızılları olan inanılmaz heykəlləri və əsərləri ilə məşhur idi. Bina demək olar ki, hər bir qarışı Kəlbəcər mineralları və daşları ilə bəzədilmiş bir memarlıq incisi idi. İşğal zamanı o da "vəzifəsindən azad edildi".

Muzeyin bütün qiymətli və tarixi heykəlləri, əsərləri, qızılları oğurlandı. UNESCO insanlığa aid oğurlanan bu xəzinələr üçün nə edəcək?".

Naibə
Cebhe.info


Oxunma sayı: 507