hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

S-400 qalmaqalında “təəssüf dönəmi”

S-400 qalmaqalında “təəssüf dönəmi”

“Türkiyənin Rusiyadan S-400 alması ABŞ-ı ciddi şəkildə təəssüfləndirib”.

Cebhe.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətində deyib. Departament təmsilçisi Morqan Ortaqus bildirib ki, dövlət katibi təəssüfünü ifadə edib. Ancaq söhbətin detalları açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ S-400-ə cavab olaraq Türkiyənin “F-35” sazişindən çıxarıldığını elan etmişdi.

Məlumat üçün bildirək ki, Rusiya və Türkiyə arasında müqaviləyə uyğun olaraq S-400-lər artıq Ankaraya aparılıb. ABŞ və NATO ölkələri Türkiyədə həm F-35, həm də S-400-lərin olmasından narahatdır. Çünki bu halda Rusiya sistemlərinin radarları F-35-ləri sıradan çıxarmaq bacarığına yiyələnə bilər.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4544