hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

"Sürgün" bitdi: Kolomoyski Ukraynaya qayıtdı

"Sürgün" bitdi: Kolomoyski Ukraynaya qayıtdı

“Sürgündə” olan oliqarx İqor Kolomoyski Ukraynaya qayıdıb.

Cebhe.info yerli mətbuata istinadən bildirir ki, biznesmenin təyyarəsi Dnepr aeroportuna bu gün gecə enib. Onu gətirən təyyarə Təl-Əvivdən uçuş edib. Kolomoyski bildirib ki, hələlik ölkədə ilk növbədə nəylə məşğul olacağını dəqiqləşdirməyib.

Oliqarx ölkəni 2017-ci il iyunda tərk edib. O zamandan etibarən Cenevrədə yaşayıb. 2018-ci ildə İsrailə köçüb. Bunu isə ailə vəziyyətiylə əlaqələndirib. Milliyyətcə yəhudi olan biznesmen Ukraynada seçkinin nəticəsi rəsmən elan olunduqdan sonra qayıdacağını bildirib. İndi isə bir müddət doğma kəndində dincəlmək qərarına gəlib.

Kolomoyskinin prezident seçkisinin qalibi olan Vladimir Zelenskiyə gizli dəstək verdiyini Petro Poroşenko dəfələrlə bəyan edib. Öz mövqeyini isə oliqarxa məxsus "1+1" telekanalıda Zelenskinin "Kvartal 95" şousunun nümayişi ilə əlaqələndirib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 782