hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Saakaşvili Kiyevə, Timoşenko hakimiyyətə...

Saakaşvili Kiyevə, Timoşenko hakimiyyətə...

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq qərarına münasibət bildirib. 

Saakaşvili Ukrayna xalqını Poroşenkonun martın 31-də keçiriləcək prezident seçkilərində hakimiyyətdən uzaqlaşdırmağa çağırıb: “Hazırkı prezidenti “Birinci turdan prezident!” şüarı ilə seçmişdilər. Amma indi Ukrayna xalqının şüarı “Prezidentə ilk turda çıx get!” olmalıdır. O, birinci turda məğlub olan kimi ikinci gün mən Kiyevə getməyə hazırlaşacam. Mən əminəm ki, Ukraynaya qayıtmağıma qadağa qoyulması barədə onun verdiyi qanunsuz əmrləri heç bir sərhədçi yerinə yetirməyəcək”-Saakaşvili belə deyib.

Onun sözlərinə görə, KİV-ə məlum olan Kiyevə alınmış elektron bilet saxta deyil.“Ukraynaya qayıdıram. Çünki məhkəmələr mənim haqqımda saxta iş açsalar belə, bu mənim qanuni hüququmdur. Lutsenko məni “FTX-nin agenti” adlandırıb.Bax belə, mən agentəm, heç yerə qaçmıram və istəyirəm məni mühakimə etsinlər.Mən öz hüquqlarımı qorumaq istəyirəm.Mənim Ukraynada heç bir siyasi ambisiyam yoxdur”-deyə Saakaşvili bəyan edib.

Siyasi müşahidəçilər isə M.Saakaşvilinin Ukraynaya gəlişinin seçkilərə təsir imkanlarını analiz edir.Qeyd edək ki, Mixail Saakaşvili “Batkivşina” Partiyasının lideri, sabiq baş nazir Yuliya Timoşenkonu dəstəkləyir.Onun Ukraynadakı seçki prosesində iştirakı son vaxtlar reytinqi aşağı düşmüş Timoşenko üçün siyasi divident gətirə bilər.Ancaq Saakaşvilıinin fəaliyyətinin Ukraynadakı səvermənin nəticələrinə təsirləri barədə fikir söyləmək hələ tezdir.

Politoloq İlqar Vəlizadənin sözlərinə görə, M.Saakaşvili Gürcüstandan fərqli olaraq, Ukrayna cəmiyyətinə mühüm təsir göstərmək imkanında deyil: 

“Artıq seçkinin favoritləri məlumdur. Onlar Poroşenko, Zelenski və Timoşenkodur. Hətta seçkilərin ikinci turu ilə bağlı proqnozlarda da bu üç nəfərin adı çəkilir.Saakaşvilinin hansısa bir namizədin tərəfini saxlaması inanmıram ki, onun reytinqini kifayət qədər yüksəldəcək.İstisna olunmur ki, Saakaşvili Ukraynada seçkiqabağı vəziyyət mürəkkəbləşdirə bilsin və elektoratın diqqətini özünə cəlb etsin. Amma bu proses bütövlükdə seçkilərin nəticəsinə təsir edəcək səviyyədə olmayacaq. Saakaşvilinin təbliğat-təşviqat kampaniyasında iştirakı Timoşenkoya müəyyən səslər qazandıra bilər.Amma bu səslərin nə qədər həlledici olacağını demək çətindir.Çünki bütün hallarda Ukraynada Saakaşvilinin özünün reytinqi çox da yüksək deyil.Ukrayna seçiciləri Saakaşvili mövzusundan artıq yorulub.Vaxtilə bu məsələ gündəmə gəlib, hansısa proseslər gedib.Amma Saakaşvili amili Ukraynanın daxili siyasətinə ciddi təsir göstərmir.Çünki seçkilərin taleyini prezidentliyə namizədlərin arxasında dayanan oliqarxlar, külli miqdarda pul, müxtəlif maliyyə, sənaye qruplarının maraqları həll edir.Əgər hansısa oliqarxa Timoşenkoya dəstək versə idi, onun reytinqinə təsir göstərərdi.Amma Saakaşvilinin nə pulu var, nə də yüksək reytinqi”.

Qeyd edək ki, son vaxtlar Ukraynanın həm rəsmi orqanları, həm də müxalifət dairələri prezident Poroşenkonun və və Yuliya Timoşenkonun seçiciləri pulla ələ alması barədə məlumatlar yayır.Bu isə səsvermənin saxtalaşdırılacağına dair rəylərin yaranmasına səbəb olub.Ona görə də Saakaşvilinin Ukraynaya qayıtması seçki saxtakarlığına qarşı kütləvi aksiyaların baş verməsi ehtimalını gündəmə gətirib.

İlqar Vəlizadə hesab edir ki, saxtakarlığa qarşı etiraz aksiyaları namizədləri n özlərinin çağırışı ilə baş tuta bilər. Mixail Saakaşvilinin bu prosesdə tərəfdarları çox az olacaq.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 2741