hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Saakaşvili Ukrayna ordusunda həbi xidmətə hazırlaşır

Saakaşvili Ukrayna ordusunda həbi xidmətə hazırlaşır

Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili hərbi xidmətə yollanmaq üçün Kiyevdəki Svyatoşinski hərbi komissarlığına gedib.

O, tibbi yoxlanışdan keçib, qeydiyyata yazılıb.

“Tibbi komissiyada yoxlanıldım və Svyatoşinski hərbi komissarlığında qeydiyyata yazıldım. Səhhətim əladır, hərbi xidmətə çox uyğundur. Belə ki, əlimdə silahla Ukraynanı qorumağa hazıram”, - deyə Saakaşvili sosial şəbəkədə yazıb.

“Qafqazinfo” xatırladır ki, M.Saakaşvili 2016-ci ilin mayında Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko tərəfindən Odessa vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. 2017-ci ilin yayında isə Poroşenko müxalifətçilərə qoşulan Saakaşvilini həmin vəzifədən kənarlaşdırıb və vətəndaşlığını əlindən alıb. 2018-ci ilin fevralında Ukrayna xüsusi xidmət əməkdaşları Saakaşvilini Ukrayna ərazisindən çıxarıblar. 2021-ci ilədək onun ölkəyə girişinə qadağa qoyulub.

Amma Ukrayna Prezidenti Vladimir Zelenski bu il mayın 28-də Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. O isə növbəti gün Ukraynaya qayıdıb.

Cebhe.info


Oxunma sayı: 507