hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Saakaşvilidən taktiki gediş: Ölkəyə dönüş üçün yol açır

Saakaşvilidən taktiki gediş: Ölkəyə dönüş üçün yol açır

“Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sədri olduğu Vahid Milli Hərəkat Partiyası qurultay keçirərək, Qriqol Vaşadzeni partiya sədri seçdi. Saakaşvili özünün Gürcüstana qayıtmaq perspektivi olmadığı üçün rəhbərlikdən gedərək Vaşadzeni dəstəklədi. Onun bu addımı atmasında əsas səbəb növbəti parlament seçkilərində partiyasının qələbə çalmasına nail olmaqdır”. 

Cebhe.info xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

M.Əsədullazadə qeyd edib ki, Saakaşvili özünün partiya rəhbərliyində qalmasının mənasız olduğunun fərqindədir: “Əgər  rəhbərlikdə qalardısa, növbəti seçkilərdə yenidən partiyası məğlub olacaqdı. Çünki Saakaşvilinin gürcü cəmiyyətindəki siyasi reputasiyasında ciddi boşluqlar var. Onun rəhbərlikdən gedərək, Vaşadzeni dəstəkləməsi Gürcüstanda yeni siyasi mərhələnin başlanmasına və partiyanın güclənməsinə gətirəcək. Qeyd edim ki, ötən il Gürcüstanda prezident seçkilərində Vaşadze demək olar ki, birinci turda S. Zurabaşvili ilə eyni səsə malik idi. İkinci turda hakim partiyanın seçiciləri ələ alması prosesi son anda dəyişə bildi. Amma parlament seçkilərində İvanaşvilini sürpirizlər gözləyə bilər. Bu, onu göstərir ki, növbəti parlament seçkilərində xalq Vaşadzenin rəhbəri olduğu partiyanı dəstəkləyəcək. Ona görə də Saakaşvili taktiki siyasi gediş edərək Vaşadzeni dəstəkləməklə doğru addım atdı. Qriqol Vaşadze kifayət qədər elektoratı gücləndirəcək və demək olar ki, partiya parlament seçkilərində Bidzina İvanaşvilinin "Gürcü Arzusu" Partiyasını məğlub edə bilər”. 

Politoloq qeyd edib ki, Gürcüstan əhalisi də iqtidardan narazıdır: “Yeni qüvvələrin hakmiyyətə gəlməsində maraqlıdırlar. Bu yeni qüvvənin məhz Qriqol Vaşadzenin olmaq şansı böyükdür. Seçkilərdə qələbə çalınarsa, Saakaşvilinin ölkəsinə dönə biləcək. Vahid Milli Hərəkat Partiyasının hakimiyyətə gəlişi ölkəmizin siyasi maraqlarına cavab verir. Gürcüstanla ölkəmiz arasında etimad mühiti daha da inkişaf edə bilər. Ermənistanla Gürcüstan arasında hazırkı dialoqlar və yolların açılması ilə bağlı görüşlərə son verilər. Gürcüstan azərbaycanlıları bu ölkədə parlament seçkilərində Vahid Milli Hərəkat Partiyasının namizədlərini ötənilki seçkilərdə kimi dəstəkləməlidir. Əgər İvanaşvili elektoratı hakimiyyətdən gedərsə, Gürcüstanda demokratiya inkişaf edəcək və azərbaycanlılar öz haqları uğrunda mübarizəsində önə çıxa biləcəklər”. 
Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 429