hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Saatlı sakini 6 nəfərə qarşı dələduzluq etdi

Saatlı sakini 6 nəfərə qarşı dələduzluq etdi

Saatlı sakini 6 nəfərə qarşı 10 850 manatlıq dələduzluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10 850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 463