hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0272
  • EURO - 1.9336
  • NEFT - 65.27
  • clouds-weather

Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

15 iyunda Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.  Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Cebhe.info ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 15-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Cebhe.info


Oxunma sayı: 386