t Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0208
  • EURO - 1.8528
  • NEFT - 28.71
  • clouds-weather

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərlə nazirliyin məhkəməsi başlayır

Sabah özəl provayderlərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Aztelekom” dövlət operatoruna qarşı məhkəməsi başlayacaq.

İşə Bakı Kommersiya məhkəməsində baxılacaq. Provayderlər “Aztelekomu” haqsız rəqabətdə, inhisarçılıqda və müştərilərini oğurlamaqda ittiham edirlər.

Cebhe.info xəbər verir ki, məsələyə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.

O. Gündüz qeyd edib ki, uzun müddətdir ki, NRYTN qanunsuz olaraq özəl provayderlərin dövlətə məxsus kabel-kanal sistemindən istifadəsinə qadağa qoyub:

“Kabel-kanal sistemindən bərabər əsaslarla istifadə qaydaları hazırlanmayıb. NRYTN bu cür icazəni ancaq dövlət provayderlərinə verir. Dövlət operatorları həmiçinin ötən bir-iki il ərzində özəl provayderlərin təxminən 100 min müştərisini müştərilərdən və provayderlərdən xəbərsiz, oğurlayaraq öz şəbəkələrinə keçiriblər. Təkcə “Avirtel” MMC-nin provayderinin 10 min müştərisi oğurlanıb. Bir sıra rayonlarda artıq özəl provayderlər qalmayıb. Yeri gəlmişkən, məlum olduğu kimi bir sıra özəl provayderlər NRYTN-nin haqsız rəqabəti ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət ediblər.

Lakin sabahkı məhkəmə ilə bağlı Antiinhisar Xidmətindəki müzakirələr dayandırılıb. Hazırda NRYTN rabitə sektorunda tənzimləmə və kommersiya səlahiyyətlərinə malikdir. Strateji Yol Xəritəsinə görə bu il rabitə sektorunda müstəqil tənzimləyici qurum – Milli Telekommunikasiya Şurası yaradılmalıdır və NRYTN-nin tənzimləyici funksiyaları bu quruma veriləcəyi gözlənilir. Milli Telekommunikasiya Şurasının üzvləri Prezident tərəfindən təyin olunacaq. Şura telekommunkasiya sektorunda rəqabətli mühitin formalaşmasına, qayda-qanun yaradılmasına və tarif məsələrinə baxacaq”.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 837