hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Sabahdan avtobusların fəaliyyəti dayandırılır

Sabahdan avtobusların fəaliyyəti dayandırılır

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 28 noyabr saat 00:00-dan 30 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımalar dayandırılacaq.

Cebhe.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

Qurum bir daha vətəndaşları sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırır.

Xatirə
Cebhe.info


Oxunma sayı: 1013

Bizim Telegram səhifəmizi izləyin