hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

Sabiq məhkəmə sədrini öldürən biznesmen: İki sabiq məmurla qudadır

Sabiq məhkəmə sədrini öldürən biznesmen: İki sabiq məmurla qudadır

Xəbər verdiyimiz kimi, Tovuzda keçmiş məhkəmə sədri, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərov güllələnib. 

Onu güllələyən Əli Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınan  biznesmendir. 

Cebhe.info xəbər verir ki, ilkin məlumatlara görə, qətlə səbəb Firudin Ələkbərovun “Göl Əli”nin Tovuzun magistral su xəttinin mühafizə zonasında tikilmiş otel-istirahət kompleksi barədə dəfələrlə müxtəlif orqanlara şikayətlər yazmasıdır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, “Göl Əli”nin Tovzuda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi var. 

Əli Şəmiyev Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. 

“Göl Əli”nin qızlarından biri Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla, digər qızı  isə Arif Əsgərovun oğlu Rahib Əsgərovla evlidir. 

Cebhe.info


Oxunma sayı: 1563