hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Sabiq nazirin xaricdəki sərvəti ilə bağlı ŞOK FAKTLAR - SİYAHI

Sabiq nazirin xaricdəki sərvəti ilə bağlı ŞOK FAKTLAR - SİYAHI

Araşdırmaçı jurnalist, son günlər bir çox məmur və deputatların xaricdəki sərvətlərini üzə çıxaran Cavanşir Həsənli daha bir keçmiş nazirin biznesi ilə bağlı  yeni sənədlər açıqlayıb. 

Cebhe.info xəbər verir ki, o qeyd edib ki, yayımladığı siyahı təkcə "Synergy GROUP" şirkətlər qrupuna daxil olanlarıdır. 

Hələ 2015-ci ilə aid təqdim etdiyi maliyyə sənədində yarım milyard civarında açıqda olan aktivləri qeyd olunub. 

Onun sözlərinə görə, sabiq nazirin yeznəsinin ölkə xaricindəki, ələlxüsus İngiltərədəki, Almaniyadakı şirkətlərinin də sayı-hesabı yoxdur.

1. "Synergy Group” MMC – baş müәssisә;

2. "AAC” MMC – inşaat materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 39%;

3. "Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) "Renaissance Construction Azәrbaycan" MMC - inşaat, birgә müәssisә, iştirak payı 50%;

4. "Azagro" MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;

5. "B.N.M." MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

6. "Cybernet" MMC – informasiya texnologiyaları, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

7. "Azorchid Hotels" MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 70%;

8. "Caspian Coast Winery and Vineyards" MMC – şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) "Tradehouse Caspian Coast Winery and Vineyards” MMC – şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;

9. "Khazar-Turizm" MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

10. "Bestpack" MMC – poliqrafiya vә qablaşdırma, törәmә müәssisә, iştirak payı 100%;

11. "Caspian Agro" MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) "Azagroexport" MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;

12. "Exclusive Dining” MMC – restoran, törәmә müәssisә, iştirak payı 100%;

13. "Shamkir City Hotels and SPA” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

14. "Azәrbaycan Universiteti” – tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) "Unicamp” MMC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;

15. "Ecolime” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;

16. "Synergy Foundation” – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;

1 "Synergy Group” vә onun Fәaliyyәti (davamı)

17. "Synergy Development” MMC – daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;

18. "Synac” LLC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;

19. "Synergy Sport” MMC – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;

20. "Synergy Technics” MMC – investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) "Zәyәmkәndmaş" ASC – metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;

21. "Azerbaijan Global Investments” ASC – investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;

22. "Azerbaijan Fibro Cement” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;

23. "Synergy Jet” MMC, - jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;

24. "Synergy Trading” MMC, ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;

25. "Caspian Development Bank” ASC, törәmә müәssisә, iştirak payı 99.91%;

Rusiya Federasiyasında fәaliyyәt göstәrәn "Tradehouse Caspian Coast Winery and Vineyards” MMC-dәn başqa, Qrupa daxil olan bütün şirkәtlәr Azәrbaycan Respublikasında fәaliyyәt göstәrir.

Məsələ ilə bağlı yazıda adları keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Cebhe.info


Oxunma sayı: 2623