hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sabiq polis rəisi: “Yaxın zamanda Ermənistan dövləti olmayacaq”

Sabiq polis rəisi: “Yaxın zamanda Ermənistan dövləti olmayacaq”

"Hər bir xalq öz hakimiyyətinə layiqdir. Razılaşıram və əlavə edirəm ki, bunu anlamayan xalq öz hakimiyyətindən də pisdir".

Cebhe.info xəbər verir ki, bunu Ermənistanın sabiq polis rəisi Vladimir Qasparyan sosial şəbəkə hesabında yazıb.

Bildirib ki, Ermənistan öz dövlətçiliyini itirir: "Necə ola bilər ki, dövlətin daxilində hakimiyyətsizlik və anarxiyadır, xaricdə isə bizim taleyimiz bizsiz həll olunur? Burada isə bir çoxları buna əhəmiyyət vermir.

Anlamıram, bu sondur? Ermənistan tezliklə olmayacaq. Biz artıq Qərbi Ermənistanı itirdik. Ötən əsrdə Şərqi Ermənistanın yarısını itrmişdik. Dünən artıq Qarabağı itirdik. İnsanlar, biz artıq kiçik ölkəmizi də itiririk. Yaxın zamanda Ermənistan dövləti olmayacaq".

Çıxışdan da göründüyü kimi, sabiq polis rəisi də "Böyük Ermənistan" xülyasından dəm vuranlardan olub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2762

Bizim Telegram səhifəmizi izləyin