hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sabiq prezident cinayətkar birliyi yaratmaqda ittiham olunur

Sabiq prezident cinayətkar birliyi yaratmaqda ittiham olunur

Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı onun 2007-ci ildəki prezidentlik kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi üçün “cinayət birliyi”ndə iştirak etməyi ilə bağlı ittiham irəli sürülüb.

Cebhe.info xəbər verir ki, bu barədə BFMTV telekanalı milli maliyyə prokurorluğuna istinadla məlumat verir.

Qeyd edək ki, Sarkoziyə qarşı bu məsələ ilə bağlı hələ 2018-ci ildə cinayət işi açılmışdı. Belə ki, sabiq prezident passiv korrupsiyada, kampaniyasını qanunsuz maliyyələşdirməkdə və Liviya dövlət vəsaitlərinin gizlədilməsində ittiham olunurdu. O, 2018-ci ildə dindirmə zamanı “heç bir maddi sübut olmadan, sadəcə Müəmmar Qəddafi (Liviyanın keçmiş lideri), onun oğlu, qardaşı oğlu, əmisi oğlu, eks-baş nazir və Ziad Takiyeddinin (iş adamı) ifadələri əsasında ittiham olunduğunu bildirmişdi”

Bu iş üzrə istintaq hələ 2012-ci ildə Fransanın “Mediapart” nəşri Liviya hakimiyyəti tərəfindən Sarkozinin prezidentlik kampaniyasının ehtiyacları üçün 50 milyon avro köçürülməsindən bəhs edən sənədləri dərc etdikdən sonra başlamışdı.

Cebhe.info


Oxunma sayı: 1200

Bizim Telegram səhifəmizi izləyin