hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Sabiq prezidentdən Yerevan iqtidarına çağırış: "Müqavilə imzalanmayana qədər sərhəddə insidentlər davam edəcək"

Sabiq prezidentdən Yerevan iqtidarına çağırış: "Müqavilə imzalanmayana qədər sərhəddə insidentlər davam edəcək"

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan hesab edir ki, Ermənistanla Azərbaycan arasında SSRİ dövründə mövcud olmuş sərhəd bərpa olunmalıdır.

Cebhe.info APA-ya istinadla xəbər verir ki, hazırda “Erməni Milli Konqresi” Partiyasına rəhbərlik edən eks-prezident bu gün keçirdiyi mətbuat konfransında bunun alternativinin olmadığını bildirib.

“Məsələ Ermənistanın sovet sərhədlərini tanıyıb-tanımayacağı deyil. Beynəlxalq ictimaiyyət BMT-nin timsalında keçmiş SSRİ respublikalarının müstəqilliyini tanıyıb. Burada heç nəyi dəyişmək olmaz. Ermənistanla Azərbaycan arasında sərhəd - sovet sərhədidir”, - deyə o, qeyd edib.

Ter-Petrosyan əlavə edib ki, dəqiq müqavilə imzalanmayana qədər sərhəddə insidentlər davam edəcək.

Cebhe.info


Oxunma sayı: 1299