hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşdü

Sabir Rüstəmxanlı Neftçalada seçicilərlə görüşdü

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Neftçala şəhərində seçicilərlə görüş keçirib.

Cebhe.info xəbər verir ki, Neftçala şəhərindən və rayonun kəndlərindən olan vətəndaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları dinləyib, problemləri ilə maraqlanıb. Bəzi vətəndaşların problemləri yerindəcə həll edilmiş, bəzi şikayətlər aidiyyəti qurumlara ünvanlanıb. Vətəndaşların qəbulunda icra hakimiyyətinin məsul əməkdaşı da iştirak etmiş, yerində həll oluna biləcək məsələlərə münasibət bildirib.

Görüşdə rayonun bəzi kəndlərinin yol və qazla bağlı çətinliklərə xüsusi diqqət yetirilmiş, qısa müddət ərzində bir neçə kəndlərdə bu problemlər yoluna qoyulduğu bildirilsə də, bəzi kəndlərdə hələ də yol və mavi yanacaq probleminin qaldığı diqqətə çatdırılıb. Millət vəkili seçicilərin diqqətinə çatdırmışdır ki, bu məsələ ilə bağlı hökumətə etdiyi müraciət müsbət cavablandırılmış və dövlət proqramı təsdiq edilib.

S.Rüstəmxanlı bütün təkliflərin ümumiləşdirilərək, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirmişdir.

Vətəndaşlarla söhbətdə millət vəkili pandemiya ilə əlaqədar yaranan mümkün problemlərlə də maraqlanmış vətəndaşların qarşılaşdıqları problemlərin həllinə imkan daxilində köməklik göstəriləcəyini bildirib.

Millət vəkili qərargahda keçirilən qəbuldan sonra rayon ərazisində olmuş, vətəndaşlarla yerlərdə də səyyar görüşlər keçirilib.

Cebhe.info


Oxunma sayı: 2058

Bizim Telegram səhifəmizi izləyin