hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8744
  • NEFT - 63.64
  • clouds-weather

Sabirabadda karantin dedikləri nəzarət imiş: “Ailə üzvləri kənara buraxılmır, uşaqlar isə…” - Qarayara ilə bağlı SON DURUM

Sabirabadda karantin dedikləri nəzarət imiş: “Ailə üzvləri kənara buraxılmır, uşaqlar isə…” - Qarayara ilə bağlı SON DURUM

Qarayara xəstəliyinə tutulan Sabirabad rayon Qaragüney və Haşimxanlı sakinləri Rəvan İskəndərov və Yunis Muradovun müalicəsi hələ davam edir. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Qaragüney kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanmusa Həsənov bildirib ki, xəstənin vəziyyəti  yaxşıdır, karantin müddəti isə 3-4 gün ərzində bitəcək: 

“Karantin müddətində ailə üzvlərinin kənar yerə getməsinə icazə verilmir. Mal-qara heç yerə buraxılmır, kənarda başqa mal-qaranın digərlərinə qarışmasına icazə verilmir. Hazırda nəzarət davam edir. Bütün mal-qaraya vaksinlər vurulur və vurulacaq. Ailə üzvləri ilə bağlı həkim briqadası profilaktik tədbirlər görür. Uşaqlarda yoluxma yoxdur. Yəqin ki, məktəbə getmələrinə icazə verilər. Mal- qara yoxlanışı isə çox güman ki, bazar günü yekunlaşacaq və çölə buraxılmalarına icazə veriləcək. Xəstə isə müalicə olunur”. 

Həşimxanlı bələdiyyəsinin sədri Fikrət Əmrahov isə nəzarətin 10 gün nəzərdə tutulduğunu diqqətə çatdırıb: 

“Dünən baytar həkim gəlmişdi , onunla danışdım, ərazidə bütün dezinfeksiya işləri aparılıb.  Qida Təhlükəsizlik Agentliyinin nümayəndələri gəlib nümunələr götürüb, yoxlama işləri davam edir. Ailənin hamısı həkimlər tərəfindən müayinə edilib, qan analizi veriblər və heç bir şey aşkarlanmayıb. Karantin kütləvi hal olanda olur. Karantin elan olunmayıb. Lakin ailə nəzarətdədir. Hətta ailə üzvləri kimlərlə nəzarətdə olublarsa, onlardan da qan götürüblər. Heç kimə mənfi cavab gəlməyib. Uşaq isə hal-hazırda xəstəxanadadır. Ailənin 7 üzvünün də nəzarəti davam edir və nəzarət 10 gün nəzərdə tutulub. Ailədə məktəbli təkcə xəstəlik aşkarlanan uşaqdır. Uşağın müalicəsi irəliyə doğru gedir. Digər ailə üzvlərinin başqa insanlarla təmasına və ya kənar yerə getməsinə hazırda icazə yoxdur. Gündə iki dəfə ailə üzvlərinin temperaturu ölçülür”. 

Xatırladaq ki, bu şəxslər sentyabrın 9-u qarayara diaqnozu ilə Sabirabad rayon Mərkəzi Xəstəxanasına qaldırılıb.

Qarayara xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir. Bu xəstəlik ölkəmizdə 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 9 nəfərdə qeydə alınıb. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 2201