hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Sabirabadda piyadanı öldürüb qaçan sürücü saxlanıldı

Sabirabadda piyadanı öldürüb qaçan sürücü saxlanıldı

3 gün əvvəl Sabirabad rayonunun Qalağayın kəndi ərazisində piyada qadını vurub öldürən sürücü tapılıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən Sabirabad şəhəri, Təbriz küçəsində yaşayan 36 yaşlı İlya Yuriyeviç Kuzmin saxlanılıb. Sürücü hadisəni 54 BE 726 dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomaşınla törədib.

Qeyd edək ki, oktyabr ayının 19-da axşam saatlarında işlədiyi yanacaqdoldurma məntəqəsindən çıxıb yolu keçmək istəyən xadimə qadın, 63 yaşlı Sabirabad sakini Zemfira Qurban qızı Abışovanı maşın vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerindən qaçan sürücünün tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində Sabirabad polisi tərəfindən əməliyyat tədbirləri həyata keçirilirdi.

Cebhe.info


Oxunma sayı: 441