hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Şabranda yaşadıqları evi tərk edən COVID-19 xəstələri saxlanılıb

Şabranda yaşadıqları evi tərk edən COVID-19 xəstələri saxlanılıb

Şabran rayonunda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakinləri İ.Əliyevə və A.Tacıyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib. Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar İ.Əliyev və A.Tacıyev barəsində Şabran RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Cebhe.info


Oxunma sayı: 914

Bizim Telegram səhifəmizi izləyin