hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Sabunçuda iki, Binəqədidə isə bir nəfəri maşın vurdu

Sabunçuda iki, Binəqədidə isə bir nəfəri maşın vurdu

Bakıda piyadaların vurulması ilə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisələrdən ikisi Sabunçu, biri isə Binəqədi rayonunda olub. Sabunçu ərazisində 1952-ci il təvəllüdlü Balayarov Balayar Səlim oğlu idarə etdiyi velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi diaqnozu qoyulub.

Rayonun Pirşağı qəsəbəsində isə 14 yaşlı qızı avtomobil vurub. Belə ki, hadisə 2005-ci il təvəllüdlü Abbasova Fatimə Namiq qızı yolu keçmək istəyən zaman baş verib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Üçüncü hadisə isə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib. Yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Rzayev Fərhad Faiq oğlunu minik avtomobili vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona müştərək travma diaqnozu qoyulub. (oxu.az)

Cebhe.info


Oxunma sayı: 397