hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0695
  • NEFT - 55.08
  • clouds-weather

Sağlıq yox, ölüm gətirir: “Xəstə qonşunun və ya aptekçinin məsləhəti ilə vurdurur, sonunda da...”

Sağlıq yox, ölüm gətirir: “Xəstə qonşunun və ya aptekçinin məsləhəti ilə vurdurur, sonunda da...”

Bir neçə gün öncə 30 yaşlı Ağdaş sakininə antibiotik vurulduqdan sonra dünyasını dəyişib. Bu hadisə antibiotiklərin təhlükəli olması bağlı müxtəlif fikirləri yenidən gündəmə gətirib. Uzun illərdir ki, antibiotiklərin zərəri barədə mübahisəli fikirlər səsləndirilir və hətta tibb mütəxəssisləri tərəfindən də dəstəklənir.

Bəs həqiqətən antibiotiklər ölümə səbəb olacaq qədər zərərlidirmi?

Dünya təcrübəsində antibiotiklər daha çox bakteroloji xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan, lakin gərəkli olmadığı müddətdə istifadəsi məsləhət görülməyən dərman vasitəsidir. Qonşu Türkiyə də daxili olmaqla, dünyanın bir çox ölkələrində antibiotiklərin reseptsiz satışı qadağandır.

Bu barədə professor Adil Qeybulla Cehbe.info-ya açıqlamasında bildirib ki, antibiotiklərin təhlükəli olma səbəbi düzgün istifadə olunmamasıdır:

“Məsələ budur ki, dəfələrlə demişik, antibiotikin ev şəraitində vurulması düzgün deyil. Xəstələr qonşunun və yaxud aptek işçisinin məsləhəti ilə özbaşına antibiotik alırlar. Ona görə də həkim təyinatı olmadan antibiotikin satışı qadağan olunmalıdır. Eyni zamanda, onu vuran insan başa düşməlidir ki, bu dərman insanda alergik reaksiya göstərə bilər, yanında ehtiyat vasitələr olmalıdır. Təəssüflər olsun ki, təbabət oyuncağa dönəndə bu cür hallara rast gəlirik”.

Gülnarə Məmmədova

Cebhe.info


Oxunma sayı: 1805

Bizim Telegram səhifəmizi izləyin