hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Sahibkarlığa “ikinci nəfəs”: Böyük amnistiya gözlənilir

Sahibkarlığa “ikinci nəfəs”: Böyük amnistiya gözlənilir

Azərbaycanda növbəti vergi amnistiyasının verilməsi müzakirəyə çıxarılıb. 

Bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti görüşü zamanı gündəmə gətirilib. 

Qeyd edək ki, görüşdə kapital bazarının inkişafı ilə bağlı təkliflərin əks olunduğu təqdimat edilib, vergi amnistiyası, kütləvi yerləşdirmələrə dəstək, kütləvi təklif edilmiş istiqrazlara zəmanətin verilməsi, emitentlərə vergi güzəştlərinin verilməsi, emissiya prosesinin, institusional investorlara dair tələblərin sadələşdirilməsi (ödəmə mənbəyindən vergilərin ödənilməsindən azad etmə), həmçinin bankların investisiya şirkətlərinin agentləri qismində çıxış etmə imkanının yaradılması, ticarətin elektronlaşması mövzuları əhatə olunub. Bundan əlavə, təqdimatda növbəti ilin icra və kommunikasiya planı ilə bağlı ilkin təkliflər müzakirə edilib, kiçik və orta sahibkarların maliyyələşdirilməsi məsələsinə baxılması qərara alınıb. Sonda təqdim olunmuş bir çox məsələlərin layihə formatına salınaraq Komissiyaya təqdim edilməsi qərara alınıb. Xatırladaq ki, təqribən 3 il əvvəl Prezident İlham Əliyev Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında qanunu təsdiq edib. Qanuna əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinib.

Məlumdur ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri hesab olunur. Son günlər aparılan iqtisadi islahatlar zamanı da bu məsələ xüsusi qabardılıb. Bu istiqamətdə biznes mühitinin yaxşılaşdırılması, azad sahibkarlığın inkişafı üçün şəraitin yaradılması əsas müzakirə olunan mövzulardandır. 

Bu baxımdan ölkədə vergi amnistisiyası verilə bilərmi? 

Vergi məsələləri üzrə ekspert Emin Səttarov “Cümhuriyət” qəzetinə açıqlamasında sonuncu dəfə bu cür addım bir müddət öncə atılıb:

“2018-ci ildə vergi amnistitsiyası elan olunub. Həmin il keçid ili elan olundu və ödəyicilərə problemlərini qaydaya salmaq üçün vaxt verildi. Vergilər büdcə gəlirlərini formalaşdırır. 2019-cu ilin yanvarın ayının 1-də 15 gün ərzində qeyri-rəsmi malları olan vergi ödəyicilərinə şərait yaradıldı ki, bu malları bəyan etsinlər, buna görə Vergi Məcələsinin 58.8 maddəsinə əsasən, cərimə yazılmayacaq. Vergi amnistiyası məsələsinin arxasında böyük hesablamalar dayanır. Hesablama nəticəsində amnistiyanın nəticəsinin büdcə gəlirlərinə ciddi təsir etməyəcəyi və ödəyicilərin bundan neqativ məqsədlərlə istifadə etməyəcəyi, əksinə fəaliyyətini təkmilləşdirərək, daha dayanıqlı sahibkarlıq fəaliyyəti qura biləcəyi müəyyənləşdirilərsə, onda buna gedilə bilər. Amma vergi amnistiyasının baş verəcəyini gözləmirəm”.

Xatirə Nəsirova

Cebhe.info


Oxunma sayı: 672