Sahil Babayevdən yeni - Təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 5 saylı Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) sədr təyin edib.
Məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədrinin təqdimatı əsasında Sahil Babayev Xələfov Cavanşir Rasim oğlunu müvafiq əmri ilə 5 saylı TSEK-in sədri təyin edib.
Qeyd edək ki, C.Xələfov ƏƏSMN-nin Sosial Ekspertiza Şöbəsinin əməkdaşı vəzifəsində çalışıb.
Xatırladaq ki, bu ilin sentyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) əməliyyat keçirib. Komissiyasının sədri Katib Məmmədov vətəndaşdan 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi müqabilində 2020-ci ilin avqust ayında 3000 manat məbləğdə pul vəsaitini rüşvət qismində istəyib, 2 sentyabr 2020-ci il tarixdə işlədiyi müəssisənin inzibati binasında həmin pulun 2300 manat olan hissəsini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilərək saxlanılıb və məhkəmənin hökmü ilə həbs edilib/"MediaPost
Cebhe.info
Oxunma sayı: 2168
Bizim Telegram səhifəmizi izləyin