hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Sahil Babayevin qəbuluna vətəndaşlar buraxılmayıb? - AÇIQLAMA

Sahil Babayevin qəbuluna vətəndaşlar buraxılmayıb? - AÇIQLAMA

"Bəzi media səhifələrində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin fevralın 27-də Sabirabad rayonunda keçirdiyi vətəndaş qəbuluna bir neçə nəfərin buraxılmadığı barədə məlumat yayılıb".

Cebhe.info xəbər verir ki, bu sözləri nazirliyin mətbuat katibi Fazil Talıbov deyib.

O bildirib ki, fevralın 18-də nazirin vətəndaş qəbulu ilə bağlı yayılmış elanda da qeyd edildiyi kimi, qəbula yazılmaq üçün fevralın 25-dək vaxt müəyyən edilmişdi:

"Bu müddət ərzində qəbula yazılmış 41 nəfərin hər biri nazir tərəfindən qəbul edilmiş və müraciətləri dinlənilmişdir. Bununla yanaşı qəbula yazılmayan 115 nəfərin ərizəsi qeydiyyata alınmışdır.

Prosedura uyğun olaraq öncədən qəbula yazılmayan bir neçə nəfərin mediada haqsız çıxışını süni narazılıq yaratmaq kimi qiymətləndiririk.

Ümumilikdə, təkcə nazir tərəfindən 2018-ci ildə 1200-dək vətəndaş (həm Bakı, həmdə bölgələrdə), bu ilin 2 ayı ərzində isə 150-dək vətəndaş qəbul edilərək dinlənilib, müraciətləri nəzərə alınıb".

Hicranə
Cebhe.info


Oxunma sayı: 3025