hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Şahmat üzrə “Təhsil kuboku” yarışı keçiriləcək

Şahmat üzrə “Təhsil kuboku” yarışı keçiriləcək

Mayın 7-8-də Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş şahmat üzrə II beynəlxalq onlayn “Təhsil kuboku” yarışı keçiriləcək.

Cebhe.info xəbər verir ki, yarışda dəvət olunmuş ölkələrin 17 yaşadək şahmatçıları iştirak edəcəklər.

Yarış 2 mərhələdən ibarətdir: seçmə və final mərhələsi. Seçmə mərhələnin nəticələrinə görə ilk 30 yeri tutmuş şahmatçılar final mərhələsinə vəsiqə qazanacaqlar. Beynəlxalq reytinqi 2300-dən yuxarı olan şahmatçılar birbaşa final mərhələsində iştirak etmək hüququna sahibdirlər.

Qaliblər “Təhsil” RİM-in diplomları və pul mükafatı ilə mükafatlandırılacaqlar.

Yarışın internet səhifəsi: https://www.itc2021.tehsilchess.az/

Cebhe.info


Oxunma sayı: 463