hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Şahzadə və  azyaşlının seks qalmaqalı gündəmdə: “Araq içdi və “sağ ol” deyərək…”

Şahzadə və  azyaşlının seks qalmaqalı gündəmdə: “Araq içdi və “sağ ol” deyərək…”

Dünya mətbuatı 35 yaşlı amerikalı qadın açqılamalarına geniş yer ayırır. 

Qadın Britaniya şahzadəsi Endryunu azyaşlı ilə seksual əlaqədə ittiham edib. Onları tanınmış maliyyəçi Ceffi Epşteyin tanış edib. Zərərçəkən tərəf şahzadəni məhkəməyə ifadə verməsini tələb edir.

"Araq içdi, amma nəzakətli idi",- deyə 35 yaşlı Virciniya Roberts bildirib. Hadisə isə 18 il əvvəl baş verib. Qadın deyib ki, maliyyəçi və onun sevgilisi Qisleyn Maksvellı onu şahzadə ilə cinsi əlaqəyə vadar ediblər: "Bu, mənim həyatımda dəhşətli dövr idi. Kral ailəsinin üzvü tərəfindən seksual zorakılığa məruz qaldım. Onlar insanlara yuxarıdan aşağı baxır, onları alçaldırlar".

Qadın bildirib ki, Qisleyn Maksvell onu işlədiyi klubda görüb və onu öz yanında işə dəvət edib. Daha sonra onu xüsusi olaraq ABŞ-dan Londona aparıblar və gecə klubunda kraliçanın oğlu Endryu ilə tanış ediblər. 17 yaşlı Roberts təlimatları maliyyəçinin sevgilisindən alıb: "O, Ceffriyə etdiklərini mənim də Endryuya etməyimi tələb edirdi. Hər şey hamam otağından başladı və yataq otağında davam etdi. Uzun sürmədi, amma ürəkbulandıran idi. Mənimlə kobud davranmadı. Qalxdı və "sağ ol" deyərək çıxdı. Mən isə tək, təhqir olunmuş şəkildə yataqda oturmuşdum. Səhəri gün isə Maksvell məni təriflədi və dedi ki, mən şahzadəni xoşbəxt etmişəm". 

Ceffri Epşteyn daha sonra həbsxanada intihar tdiyindən onun fikirlərini təbii ki, öyrənmək mümkün olmayıb. 

Ancaq maliyyəçi və onun sevgilisi dəfələrlə seks biznesində ittiham olunub. 

Cebhe.info


Oxunma sayı: 826