hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Şair Şaiq Vəlinin ailəsində növbəti övlad faciəsi: 15 yaşlı oğlu dənizdə batdı

Şair Şaiq Vəlinin ailəsində növbəti övlad faciəsi: 15 yaşlı oğlu dənizdə batdı

Mərhum şair Şaiq Vəlinin ailəsində növbəti faciə baş verib. Belə ki, onun 15 yaşlı oğli Pərviz dənizdə batıb.

Cebhe.info xəbər verir ki, Sumqayıtda 2005-ci il təvəllüdlü iki yeniyetmə dənizdə batıb. Məmmədov Babalar Famil oğlunun meyiti FHN-in dalğıcları tərəfindən tapılıb, 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. Pərviz mərhum şair Şaiq Vəlinin oğludur. Bu. Şaiirn dünyasını dəyişən artıq 3-cü övladıdır.

Məlumat üçün bildirək ki, Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub. Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib.

O, 1990-1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Şaiq Vəlinin şeirləri uzun müddət dövri mətbuatda çap olunub.

1996-cı ildən YAP üzvü olan yazar Şaiq Vəli 9 sentyabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarını tərk edib.

Şaiq Vəli 6 fevral 2013-cü ildə axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib.

Şairin 7 övladı oub. Şairin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb. Nəticə etibarilə yazarın ailəsi dağlıb. Bundan sonra ikinci dəfə evlənən Ş.Vəlinin üç övladı olub. Dənzidə batan yeniytmə şairin ikinci evliliyindən dünyaya gəlib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 6612