hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Sakinlər “Azəristiliktəchizat”a çağırış etməli oldu - Donuruq!

Sakinlər “Azəristiliktəchizat”a çağırış etməli oldu - Donuruq!

Payız-qış mövsümündə binaların istilik sistemi ilə təchizi noyabrın 15-də başlasa da, paytaxtın bir çox binalarına istilik verilməyib. Sözügedən problem isə daha çox Nizami və Xətai rayonunda qeydə alınıb.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev mənzillərin istiliklə təmin edilməsində problem yaranan sakinlərdən quruma müraciət etmələrini xahiş edib:

“Bakının bütün rayonlarında artıq mərkəzi istilik verilib. Əgər hansısa mənzildə və ya binada istiliyin verilməsi ilə bağlı problem yaranıbsa, sakinlər fasiləsiz fəaliyyət göstərən 956 nömrəli “Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilərlər”. 

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 738