Salyanda 9 yaşlı qızı maşın vurub

Salyanda 9 yaşlı qızı avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Marışlı kəndində qeydə alınıb. "VAZ-2107" markalı avtomobil kənd sakini, 2011-ci il təvəllüdlü Məmmədli Zəminə Əvəz qızını vurub. Azyaşlı Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info
Oxunma sayı: 1849
Bizim Telegram səhifəmizi izləyin