hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Salyanda huşsuz vəziyyətdə tapılan kişi komadan ayılmayıb

Salyanda huşsuz vəziyyətdə tapılan kişi komadan ayılmayıb

İki gün əvvəl Salyan-Şirvan avtomobil yolunun kənarından huşsuz vəziyyətdə tapılan 59 yaşlı Salyan şəhər sakini Malik Adil oğlu Əsədovun vəizyyəti ağır olaraq qalıb.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, ağır qapalı kəllə-beyin travması ilə Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən M.Əsədov ötən gün axşam koma vəziyyətində Bakı şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Əsədovun axşam saatlarında piyada yol kənarında gedərkən hələlik məlum olmayan avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam edir.

Cebhe.info


Oxunma sayı: 496